"Virusun mutasiyaya uğraması barədə nəsə demək çox çətindir. Çünki əldə heç bir araşdırma yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu, tibbi məsələdir:
"Virusun araşdırılmasını aparmırıqsa və ya aparmamışıqsa, əlimizdə sübut və dəlillər yoxdursa, bu gün virus mutasiya edib və ya xəstəlik daha yüngülləşib demək çox tezdir. Əgər xəstə sayımız azalıbsa, nəzərə almalıyıq ki, uzun müddətdir sərtləşdirilmiş karantin rejimində yaşayırıq, bunun nəticəsidir. Buna görə də sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə çıxmalıyıq”.
Şərhlər