Rusiyadakı təhlükəli sənaye şirkətləri futbol üzrə dünya çempionatı ərəfəsində zavodların fəaliyyətinin dayandırılmasının mümkünlüyü barədə bildiriş almağa başlayıblar. Reyestrdə təhlükəli müəssisələr arasına gözlənilmədən futbol azarkeşlərinin ənənəvi içkisi olan pivə istesalı şirkətləri də daxil olub.
Futbol əsasən hansı içkiylə assosiasiya olunur? Pivəylə. Və futbol çempionatları adətən pivə istesalçısı olan şirkətlər üçün bayram hesab edilir.
Belə ki, Braziliyada keçirilən dünya çempionatının sponsoru Anheuser-Busch InBev 2014-cü ilin II rübünün nəticələrinə görə, bu ölkədə satışını 7,6 faiz yüksəldib. Dünya Çempionatı-2014 zamanı satışının yüksəlməsi barədə Heineken də məlumat verib.
"Dünya çempionatı pivə istehsalı şirkətlərinin məhsullarına olan tələbatın sıçrayışlı artımına təkanlarından biri ola bilər. Lakin bu artım yalnız iyun ayının ortalarından iyul ayının ortalarına qədər baş verə bilər", - deyə Rusiya Pivə İstehsalçıları İttifaqından bildiriblər.
Lakin Rusiyada bütün pivə istehsalçılarının biznesin inkişafı üçün müsbət təkan alacağı istisna edilir. Niyə?
Sorğular və yoxlamalar
BBC Rus xidməti aydınlaşdırıb ki, "Sun İnBev" şirkəti dünya çempionatı zamanı təhlükəsizliyin təmin edilməsinə nəzarət edən dövlət orqanlarından məktub alıb. Şirkət Rusiya pivə bazarında "böyük üçlüyə" daxildir. Onun Klin, Voljsk, Omsk, Saransk və İvanovoda zavodları fəaliyyət göstərir.
"Bizim Voljsk, İvanovo və Saranskdakı zavodlarımız nəzarət orqanları tərəfindən müxtəlif məzmunlu sorğular alıblar ", - deyə "Sun İnBev" şirkətinin hüquqi məsələlər və korporativ münasibətlər üzrə direktoru Oraz Durdıyev bildirib.
2017-ci ilin may ayında Rusiya prezidenti Vladimir Putin dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş vermişdi.
Prezidentin sərəncamı dünya çempionatı keçirilən regionlarda "ionlaşdırıcı radiasiya mənbələri, təhlükəli kimyəvi və bioloji maddələr, radioaktiv, zəhərli və partlayıcı maddələrin" isitfadə edildiyi təhlükəli sənayenin dayandırılmasını nəzərdə tuturdu.
Dünya çempionatının keçiriləcəyi 11 şəhərdən biri olan Saranskda müəssisələrdə kimyəvi maddələrin həcmi barədə məlumat tələb olunub. Elə həmin yerdə "bütün əsas nəzarət və hüquq-mühafizə orqanlarının iştirakı ilə" yoxlama aparılıb. "Sun İnBev"dən bildirilib.
"Biz çox ümid edirik ki, çempionat zamanı fəaliyyəti sənaye təhlükəsizliyi standartlarına cavab verən müəssisələrə qarşı həddən artıq məhdudlaşdırıcı və qadağa tədbirləri tətbiq edilməyəcək. Çünki bu, regiondakı iqtisadi vəziyyətə mənfi təsir göstərə bilər", - Durdıyev bildirib.
Təhlükəsi olan yalnız bu şirkət deyil.
"Kommersant" qəzetinin yazdığına görə, Federal Təhlükəsizlik Xidməti (FTX) onlarla müəssisə rəhbərliyinə çempionat zamanı fəaliyyətlərinin məhdudlaşdırılması barədə xəbərdarlıq edib.
Yüzlərlə Rusiya şirkəti çempionat zamanı fəaliyyət göstərmək hüququna malik olduğunu sübut etmək üçün FTX və Rusiya ekologiya, texnologiya və atom nəzarəti üzrə federal xidməti ilə (Rostexnadzor) danışıqlara başlayıb. "Kommersant" qəzeti yazıb.
"Baltika" şirkəti BBC-nin Rus xidmətinə rəhbərlikdən təlimat almadıqlarını bildirib.
"Efes Rus" (Anadolu Efesin varisi) və "Oçakovo" şərh verməkdən imtina ediblər. "Birləşmiş Heineken pivə zavodları" isə sorğuya operativ cavab verməyib.
Mənbə: Rusiya Federal Statistika Xidməti
Maksimum təhlükəli sənaye
Dünya çempionatı zamanı fəaliyyəti dayandırılacaq təhlükəli sənaye siyahısını Rusiya hökuməti müəyyənləşdirib.
Lakin sonradan məlum olub ki, "təhlükəli sənaye" termininin çox geniş anlayışı var.
Baş nazirin müavini İqor Şuvalova ünvanlanan məktubda Rusiya İstehsalçılar və Sahibkarlar İttifaqının başçısı Aleksandr Şoxin (sənədin surəti BBC-də mövcuddur) 1-4 sinif təhlükəli obyektlərin istismarına lisenziyası olan bütün təşkilatların müvəqqəti dayanmaq təhlükəsi olduğunu qeyd edib.
Məktubda deyilir ki, oyunların keçiriləcəyi regionların demək olar ki hər birində təhlükəli sənaye obyektləri, o cümlədən Moskva Neft Emalı Zavodu, Sankt-Peterburqun böyük limanı, Krasnodar diyarının neft terminalı kimi böyük obyektlər var.
Süd zavodlarından tutmuş kilsələrə qədər
Dünya Çempionatının keçiriləcəyi 11 şəhərdə təqribən 8 müəssisə təhükəli sənaye istismarı lisenziyası ilə fəaliyyət göstərir
Oyunların keçiriləcəyi 11 şəhərdə təhlükəli sənaye istismarına lisenziyası olan təqribən 8 müəssisə fəaliyyət göstərir. Bunu BBC-nin Rostexnadzor reyestrinin məlumatları əsasında apardığı hesablamalar sübut edir.
Təhlükəli sənaye obyektlərinə təkcə ağır sənaye deyil, həm də yüngül sənaye, məsələn qaz sobalarından istifadə edən çörək zavodları, amiak-soyuducu qurğulardan istifadə edən süd zavodları da daxildir.
Böyük pivə zavodlarında amiak kompressor sexləri vardır.
Rostexnadzor-un siyahısına hətta Saranskdakı yerləşən İohann kilsəsi də daxildir.
Kilsənin partlayıcı istehsal obyektlərinin istismarına lisenziyası olduğu məlum olub.
Məhz hansı müəssisələrin fəaliyyətini dayandırmağa məcbur olacağını aydınlaşdırmaq mümkün olmayıb.
BBC-nin Rus xidməti FTX-nin ictimai əlaqələr mərkəzinə sorğu göndərsə də, hələ ki cavab almayıb.
Pivə istehsalı şirkətləri Dünya Çempionatı -2018 zamanı zavodların fəaliyyətini dayandırmasına görə gözlənilməz ziyanla qarşılaşa bilər
İqtisadi effekt
Əgər müəssisə fəaliyyətini bir ay ərzində dayandırmağa və ya məhdudlaşdırmağa məcbur olsa, onun minimal itkisi təqribən100 milyard rubl (1, 78 milyard dollar) təşkil edəcək.
Ali İqtisad Məktəbi İnkişaf Mərkəzinin nümayəndəsi Valeri Mironovun hesablamaları belədir. Lakin ümumilikdə dünya çempionatından gələn xeyir hansısa istehsaldan gələn mənfi effekti üstələyəcək. "Renessans Kapital" investisiya bankının baş iqtisadçısı Oleq Kuzmin buna əmindir.
"Dünya təcrübəsində biz çempionat ərəfəsində istehsalın bağlanmasının artım dərəcəsini əhəmiyyətli şəkildə azaltdığına rast gəlməmişik ", - o, bildirib.
Ekspert xatırladıb ki, Soçi Olimpiadasının birbaşa müsbət effekti, ilk növbədə tələbat artımı sayəsində - 0,5 faiz ümum daxili məhsul (ÜDM) kimi qiymətləndirilir.
Onun hesablamalarına görə, daha çox insan cəlb edəcəyinə görə, futbol turnirinin effekti daha nəzərəcarpan olacaq.
BKS-nin (Brokerkreditservis) baş iqtisadçısı Vladimir Tixomirov daha ciddi proqnoz verib. "Mundial Rusiya iqtisadiyyatına 0,1 faizdən 0,2 faizə qədər ÜDM artımı gətirəcək"
"Bir qayda olaraq dünya çempionatından sonra bir uğursuzluq baş verir: baza dəyişir, turistlər gedir, investisiya bitir və bu da mənfi təsir göstərir.
Əgər Cənubi Afrikadakı sonuncu çempionata baxsaq bu kifayət qədər hiss olunacaq dərəcədə idi.
Onlarda 1-2 rüb ərzində ÜDM dinamikasında çökmə olub. Mənim fikrimcə, Rusiyada da bu cür effekt olacaq ", - o, bildirib.
Mənbə: BBC
Şərhlər