Ölkə 12:51 05.08.2020

Təhsil haqları azaldılsın - Deputatdan təklif

Milli Məclisdə təhsil haqqlarının azaldılması təklif edilib.

Qaynarinfo xəbər verir ki, bu təkliflə deputat Erkin Qədirli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında çıxış edib.

Deputat bildirib ki, pandemiya ilə əlaqdar olaraq universitetlərdə və məktəblərdə dərslər demək olar ki, keçirilməyib: "Təklif edirəm ki, təhsil haqqları yarıbayarı azaldılsın”.