Ölkə 18:00 14.01.2022

Təhsildə şiddət artır, yoxsa artan informasiyadır? - Deputat

"Bu gün informasiya texnologiyaları sürətlə inkişaf etdiyi üçün bu cür hadisələr daha geniş yayılır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov son zamanlar təhsil müəssisələrində tez-tez baş verən şiddət hadisələrinin daha çox yayılmasının səbəblərindən danışarkən deyib. Deputat bu kimi hadisələrin hər zaman baş verdiyini vurğulayıb:

"Belə hallar Sovet dövründə də zaman-zaman baş verib. Bu gün dünyanın ayrı-ayrı ölkələrində də belə hadisələrin baş verdiyini görürük. Müəyyən mənada son günlər münasibətlərdə baş verən dəyişikliklər də öz rolunu oynayır və sözünü deyir:

"Burada qanun pozuntusu varsa, cəzalandırılmalıdır. Və eyni zamanda biz çalışmalıyıq ki, bu kimi hadisələr olmasın, ümumilikdə təhsil, təlim prosesinə, məktəb-müəllim-valideyn, şagird münasinbətlərinə də xələl gətirməsin”.

Deputat hesab edir ki, bu fakt öz-özlüyündə yolverilməz və qəbuledilməzdir:

"Eyni zamanda qanun-qayda pozuntusu da öz hüquqi qiymətini mütləq almalıdır”.

Bahar Rüstəmli