Ölkə 21:02 24.03.2020

Təhsillə bağlı daha bir yanlış məlumat yayıldı

Ayrı-ayrı qruplarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 mart tarixli 101 nomrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli və sadələşdirilmiş təhsil qaydaları" barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı yer alıb.

Qaynarinfo xəbər verir ki, məsələyə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov münasibət bildirib.

O bildirib ki, ayrı-ayri qruplarda yayılan və guya ki, aşağıdakı qərara istinad olunan məlumatlar yanlışdır:
"Belə sənəd ümumiyyətlə yoxdur. Rəsmi mənbəyə istinad edin və pozitiv olun".