Telman İsmayılovun əmlakı satışa çıxarıldı

Telman İsmayılovun əmlakı satışa çıxarıldı

"Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılova məxsus ümumi dəyəri 400 milyon rubldan ( 11 milyon manat) çox olan mülk açıq hərraca çıxarılıb.
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Telman İsmayılova məxsus kotteclər, mənzillər və qolf meydançası da daxil olmaqla daşınmaz əmlakın satılması qaydası Moskva vilayətinin Arbitraj Məhkəməsi tərfindən təsdiqlənib.

Maliyyə meneceri əmlakın bazar dəyərini təxminən 404 milyon rubl olaraq müəyyən edib. Hərraca dörd lot çıxarılıb.

Birinci lota Moskvadakı Kutuzovski prospektində ümumi sahəsi 300 kvadratmetr olan beş və altı otaqlı mənzillər daxil edilib. Lotun ilkin dəyəri 88 milyon rubldan çoxdur.

İkinci lot Moskva vilayətinin Odintsovo rayonunda dəyəri 64 milyon rubldan çox olan iki səviyyəli bir mənzildir.

Üçüncü lot Moskvaətrafı ərazilərdə yerləşən və kottecləri olan üç torpaq sahəsidir. Başlanğıc qiyməti 201 milyondan çoxdur.

Dördüncü lot qolf meydançası, infrastruktur və fərdi yaşayış sahələrini əhatə edən kompleksin inşası üçün nəzərdə tutulan təxminən 2,5 hektar bir torpaq sahəsidir. Torpaq sahəsi Moskva vilayətinin Skolkovo kəndində yerləşir.

Xatırladaq ki, Arbitraj Məhkəməsi 2017-ci ilin mart ayında İsmayılovu müflis elan edib və əmlakının satılması prosedurunu açıq elan edib.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR