Ötən il yerli kanalların hansı müddətə dayandırıldığı açıqlandı

Ötən il yerli kanalların hansı müddətə dayandırıldığı açıqlandı

Ölkəmizdə açıq (sosial) TV yayım paketinin əhatə zonası ümumölkə yayımçılarına qoyulan tələbləri (ölkə əhalisinin 98%-nin TV yayımı ilə əhatə olunması) ödəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

"Buna baxmayaraq, televiziya tamaşaçılarının istəklərini nəzərə alaraq açıq (sosial) TV paketi üzrə yerüstü rəqəmli TV yayım şəbəkəsinin xidmət zonası daim genişləndirilir. 2020-ci ildə daha 11 yeni TV vericisi istismara verilmişdir. Milli Televiziya və Radio Şurasının Maliyyə və texniki nəzarət şöbəsi tərəfinən yeni TV vericilərinin əhatə zonası nəzərə alınmaqla onların hər birisinin gücü hesablanmış, elektromaqnit birgəliyi və monitorinqin nəticələrinə əsasən həmin TV vericiləri üçün yeni TV yayım kanalları ayrılmışdır. Ağstafa və Tovuz rayonları ərazisində efirdə maneə yaratmaq üçün istismar olunan analoq TV yayım vericilərinin rəqəmliyə keçirilərək TV yayımı üçün istifadə olunması üçün təklif verilmiş, onların hər ikisi üçün TV yayım kanalı ayrılmış, tətbiq olunacaq rəqəmli TV vercisilərinin gücü hesablanmışdır. Hazırda bu iki TV vericisi açıq (sosial) TV paketinin yerüstü rəqəmli yayımı üçün istifadə olunmaqdadır", - məlumadta bildirilib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR