Xəbər lenti

Təranənin avtomobilini əlindən aldılar (FOTOLAR)
Foto 14:17 29.03.2018

Təranənin avtomobilini əlindən aldılar (FOTOLAR)

Tanınmış prodüser Təranə Səmədovanın avtomobili əlindən alındı.

Qaynarinfo xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, prodüserin maşını banka külli miqdarda borcu olduğuna görə əlindən adınıb.

Saytımıza açıqlama verən prodüser xəbəri təsdiqləyib:

"Nə gizlədim, devalvasiyadan sonra borclarım artdı. Baxmayaraq ki, 25 min civarında olan avtomobilimə görə 30 min manat ödəmişdim, üstəlik 25 min də ödəməliydim. Çünki krediti dollarla götürmüşdüm. Bankdan mənə dedilər ki, avtomobili əlindən almalıyıq, əks halda, cinayət məsuliyyətinə cəlb ediləcəksən. Həmin gün ya bütün borcu ödəməliydim, ya da avtomobilimi təhvil verməliydim. Borcu bağlamaq üçün pulum olmadığından maşınımı əlimdən aldılar. Təki canım sağ olsun, indi taksi xidmətləri o qədər ucuzdur ki, heç şəxsi avtomobilə ehtiyac görmürəm”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->