Xəbər lenti

Terimlə TFF arasında pul davası başladı
İdman 09:10 27.12.2017

Terimlə TFF arasında pul davası başladı

"Qalatasaray" klubunun yeni baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyasına (TFF) qarşı qaldırdığı iddia ilə bağlı ilk məhkəmə prosesi keçirilib.

Sport7.az xəbər verir ki, artıq ilkin hazırlıq iclası İstanbulun 17-ci İş Məhkəməsində keçirilib.

Terim Türkiyə yığmasında çalışdığı dövrdən ona 13 milyon lirə (3,5 milyon avro) borcun qaldığını bildirir. Məhkəmə tərəflərə dəlillərini ortaya qoymaq üçün 2018-ci il martın 7-dək vaxt verib.

Xatırladaq ki, TFF ilə Fatih Terim arasındakı müqavilə iyulun 26-da pozulub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->