Dünya 19:15 06.10.2017

Terrorçuların videosunu paylaşdı, tacı əlindən alındı (FOTOLAR)

Myanmanın gözəllik kraliçası Şve Ein Sinin "Miss Universe" tacı Arakandakı proseslərlə bağlı video paylaşdığına görə geri alınıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı modelin tacı Myanma hökümətinin terror təşkilatı kimi tanıdığı Arakan Royinqha Qurtuluş Ordusunun Raxine əyalətində şiddətə səbəb olması barədə videonu "Facebook" hesabından paylaşdığı üçün geri alınıb.

Videoda işgəncəyə məruz qalmış uşaqlar yer alıb və səbəbkar kimi ARQO göstərilir. Nəticədə gözəllik yarışını təşkil edən "Hello Madam Group" təşkilatı Şvenin siyasi şərh verməsi səbəbilə titulu geri alıb.


Gülşən

Qaynarinfo.Az