Xəbər lenti

Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada öldü
Ölkə 22:26 11.12.2018

Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada öldü

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən ikincisi də keçinib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Seymur Rzayev Bakıda müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Onun müalicəsi xəstəxanada bir neçə gün davam etsə də, həkimlər həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->