Tez-tez xəstələnənlərin diqqətinə: bu çayı için

Tez-tez xəstələnənlərin diqqətinə: bu çayı için

Qışda xəstəliklərdən qorunmaq üçün istifadə edilən vasitələrdən biri də itburnu çayıdır.

Qaynarinfo medicina.az-a istinadən bildirir ki, itburnu çayı çox faydalı müalicəvi içkidir, immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.

Bu müalicəvi çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürün. İtburnu meyvələrini dəmləməzdən əvvəl yaxşı əzmək lazımdır. Çayı axşamdan dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün.

İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image