Tikinti şirkəti ilə AAYDA arasında borc qalmaqalı - Məhkəməyə verildi

Tikinti şirkəti ilə AAYDA arasında borc qalmaqalı - Məhkəməyə verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məhkəməyə verilib.
 
Qaynarinfo xəbər verir ki, iddiaçı "Araz-Tikinti Servis” MMC-dir. İddia artıq icraata götürülüb. Dekabırın 12-nə hazırlıq iclası təyin olunub. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.  

Məhkəmə çəkişməsinin dəqiq səbəbi barədə açıq mənbələrdə bilgi yoxdur. Bəzi iddialara görə, AAYDA-nın şirkətə borcu var.

"Araz-Tikinti Servis” MMC 2010-cu ildə 14 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Allahverdiyev Şaiq Allahverdi oğludur. 

AAYDA-nın rəhbəri isə Saleh Məmmədovdur. O, 2015-ci ildən bu vəzifədədir.  Saleh Məmmədov bu vəzifəyə gələndən qurumun adı 2 dəfə dəyişdirilib. 2015-ci ildə "Azəryolservis” ASC adlandırılan qurum 2016-cı ildə "Azəravtoyol” ASC, 2017-ci ildə AAYDA adlandırılıb. 

Seyid
XƏBƏRLƏR
BLOGLAR
X