Xəbər lenti

Tiktoker qardaşların cinayət işinə xitam verildi
Ölkə 20:02 06.01.2026

Tiktoker qardaşların cinayət işinə xitam verildi

"TikTok" sosial şəbəkəsində qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmaqda təqsirləndirilən tiktokerlər Emin və Rəşad Abdullayev qardaşları barədə başlanmış cinayət işinə xitam verilib.

Bu barədə Oxu.Az-a təqsirləndirilən şəxslərin vəkili məlumat verib. O, bildirib ki, iş üzrə istintaq yekunlaşıb.

Xatırladaq ki, tiktokerlər Emin və Rəşad Abdullayev qardaşları 2024-cü ildə həbs edilmişdi. Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunublar.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi.
--> -->