Xəbər lenti

Tovuzdakı
Ekonomiks 18:56 07.01.2026

Tovuzdakı "Qəhrəmanlar Parkı"nı təmir edəcək şirkət kimindir?

Tovuz Rayon İcra Hakimiyyəti "Günay-88” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə "Qəhrəmanlar Parkı”nda idman meydançasının təmiri işlərinin satın alınması nəzərdə tutulub. 
Təmir işlərinə görə şirkətə 28 800 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Günay-88” MMC-nin 13 aprel 2021-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Qovlar şəhəri, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur. 

Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Rasim Əliyev barəsində də hər hansı məlumata rast gəlinmir. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, şirkət yarandığı ildən başlayaraq Tovuz Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib. 

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, 2018-ci ildən icra başçısıdır. 

Seyid

--> -->