Tofiq Zülfüqarov qırğız deputatın fikrinə münasibət bildirdi: “Olmaz...”

Tofiq Zülfüqarov qırğız deputatın fikrinə münasibət bildirdi: “Olmaz...”

"Mümkün deyil. Münaqişə vəziyyətində olan ölkələrlə bağlı bir səfirin eyni zamanda iki ölkəni təmsil etməsi təcrübəsindən istifadə olunmur”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov qırğızıstanlı deputat Tazabek İkramovun ölkəsinin Azərbaycandakı səfirinin eyni zamanda Ermənistana da səfir təyin olunması təklifinə münasibət bildirərkən deyib:

"Azərbaycanın bu məsələlərlə bağlı öz mövqeyi var və təcrübəyə də malikik. Onun bəzi cəhətlərini ictimaiyyət də bilir. Qırğızıstandan olan deputatın təklifinə gəldikdə, bununla bağlı müraciət olarsa, hesab edirəm ki, Azərbaycan diplomatik qaydalara uyğun olaraq öz mövqeyini bildirəcək. Amma indiki mərhələdə təklifin reallaşması mümkün deyil. Hazırkı dövrdə onun baş tutmasının faydalı addım olacağını düşünmürəm. Gələcək dövrdə isə, belə təklifin reallaşmasına normal baxmaq olar. Lakin münasibətləri gərgin olan ölkələrlə bağlı belə bir təcrübədən istifadə olunmur”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X