Tokio 2020: Dünya çempionumuz 1/8 finalda

Tokio 2020: Dünya çempionumuz 1/8 finalda

Azərbaycanın daha bir boksçusu Tokio 2020-də mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, komandamız yarışların ikinci günündə Cavid Çələbiyevlə(63 kq) təmsil olunub.

Dünya çempionumuz 1/16 finalda ukraynalı Yaroslav Hartsizlə yumruqlarının gücünü yoxlayıb.

Görüş dəri əlcək ustamızın tam üstünlüyü şəraitində baş tutub. 5:0(29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə inamlı qələbə qazanan millimizin 29 yaşlı üzvü 1/8 finalda ermənistanlı Hovannes Baçkovla üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 8-dək keçiriləcək boks yarışlarına ölkəmiz 5 nəfərlə(hamısı kişilər) qalılıb. Dünən rinqə çıxan təmsilçilərimizdən Məhəmməd Abdullayev (+91 kq) adını 1/8 finala yazdırıbsa, Tayfur Əliyevlə(57 kq) Lorenzo Sotomayor (69 kq) Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.
XƏBƏRLƏR
BLOGLAR
X