Tokio olimpiadası üçün mümkün tarix açıqlandı

Tokio olimpiadası üçün mümkün tarix açıqlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi təxirə salınan yarışın yeni tarixi ilə bağlı müzakirələri davam etdirir.

Qaynarinfo Apasport.az-a istinadən xəbər verir ki, komitə Olimpiada üçün ən yaxşı zaman kəsiyini də müəyyənləşdirib.

Bunu Təşkilat Komitəsinin sədri Yosiro Mori açıqlayıb. O bildirib ki, Oyunların yayda keçirilməsi daha yaxşı olar: "Olimpiadanın keçirilmə tarixi üçün iyundan sentyabra qədər olan müddət barədə düşünməyin daha yaxşı olduğunu hesab edirəm. Ümid edirəm ki, gələn həftə bununla bağlı qərar qəbul edə biləcəyik”.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR