İdman 23:26 24.01.2022

Toğrul Əsgərova vəzifə təklif olundu - Karyerasını bitirir

Londonda 2008-ci ildə keçirilən Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov idmançı karyerasını başa vurur.

T.Əsgərova Azərbaycan Güləş Federasiyasında vitse-prezident postu təklif olunub.

Uzun müddətdir zədələrlə mübarizə aparan Olimpiya çempionu hələ ki, qərarını verməyib. Onun yaxın günlərdə qərarını açıqlayacağı bildirilir. Böyük ehtimalla Əsgərov karyerasını başa vurub federasiyanın vitse-prezidenti vəzifəsini icra edəcək (qafqazinfo)

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?