Ölkə 23:05 07.04.2021

Tovuzda gimnaziyada müəllim və şagirdlər koronavirusa yoluxdu, tədris dayandırıldı

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanıb.

Qaynarinfo xəbər verir ki, Gimnaziyanın beş müəllimi və üç şagirdi COVID-19-a yoluxub.

Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.

Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.(report)