Tovuzda yol qəzası 800 abonenti qazsız qoydu (FOTO/VİDEO)

Tovuzda yol qəzası 800 abonenti qazsız qoydu (FOTO/VİDEO)

Gecə saatlarında Tovuz şəhərin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
 
"Azəriqaz" İB-dan Qaynarinfo-ya verilən məlumata görə, avtomobil qəzası zamanı diametri 108 mm olan qaz xətti yararsız hala düşüb. Nəticədə 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. 

Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb.


  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR