Dünya 18:49 05.10.2018

"Toyota" 2,4 milyon avtomobilini geri çağırdı

Yaponiyanın avtomobil nəhəngi Toyota şirkəti ABŞ, Avropa və Yaponiya bazarından ümumilikdə 2 milyon 430 min hibrid avtomobilini geri çağırıb.

Qaynarinfo xəbər verir ki, 2008 və 2014-cü illərdə istehsal edilən "Prius" və "Auris" markalı modellər texniki problem səbəbilə geri çağırılıb. Problemli avtomobillərin 1,25 milyonu Yaponiya, 830 mini Şimali Amerika və 290 mini Avropadadır. 

Qeyd edək ki, hibrid avtomobil sektorunda liderlik edən Toyota 2017-ci ildə 6 milyon ədəd "Prius" satmağa nail olub. 

Gülşən