Tramp ABŞ kəşfiyyatının koronavirus iddiasını uydurma adlandırdı

Tramp ABŞ kəşfiyyatının koronavirus iddiasını uydurma adlandırdı

ABC News-un Pentaqon kəşfiyyat idarəsinin noyabr ayında Vuhanda (Çin) yeni bir koronavirusun ortaya çıxması ilə bağlı məlumat əldə etməsi barədə verdiyi xəbər feykdir. 

Qaynarinfo xəbər verri ki, bu sözləri Prezident Donald Tramp öz mikrobloqunda yazıb.

"ABC bu uydurma hekayəni danışmaqla səhv etdiyini bilirdi!" – Tramp qeyd edib.

Televiziya kanalının müxbirlərinin bildirdiyinə görə, hələ noyabr ayında Vuhanda epidemiyanın başlaması ilə bağlı məlumatın ABŞ Müdafiə Nazirliyinni Kəşfiyyat İdarəsi nəzdindəki Tibbi Kəşfiyyat Mərkəzinə bəlli olduğu iddia olunub. İddiaya görə, idarə səlahiyyətliləri elə həmin vaxt Ağ Evə virusun insanlara və iqtisadiyyata vura biləcəyi həddən artıq ziyan haqda xəbərdarlıq edib. Tibbi Kəşfiyyat Mərkəzi bu xəbəri "yalan" adlandırıb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR