Xəbər lenti

Tramp bunu bütün dünyaya göstərdi: B-2-dən istifadə Putin üçün gözdağıdır?
Dünya 17:01 24.06.2025

Tramp bunu bütün dünyaya göstərdi: B-2-dən istifadə Putin üçün gözdağıdır?

ABŞ ordusunun İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hava hücumları zamanı "B-2 Spirit" bombardmançı təyyarələrindən istifadə olunması, həm Rusiya hava hücumundan müdafiə sistemlərinin zəif cəhətlərini üzə çıxardı, həm də ABŞ-ın hərbi gücünü nümayiş etdirmək məqsədi daşıyırdı. 

Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu əməliyyatla Rusiyaya qarşı texnoloji üstünlüyü və Ukraynaya bu səviyyədə silahların verilməsinin müharibənin gedişatını dəyişdirə biləcəyini bütün dünyaya göstərmək istəyib.

ABŞ hərbi hava qüvvələri İranın "Fordo", "Natanz" və "İsfahan" bölgələrində yerləşən üç nüvə obyektinə eyni vaxtda hava hücumu təşkil edib. Donald Tramp əməliyyatda xüsusi radardan yayınma qabiliyyətinə malik B-2 bombardmançı təyyarələrinin istifadə edildiyini vurğulayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı açıqlamada B-2 təyyarələrinin "uçan qanad dizaynı, kompozit material tərkibi və xüsusi örtüyü sayəsində qısa müddətdə dünyanın istənilən nöqtəsinə nüfuz edərək əvvəllər keçilməsi mümkün olmayan hava müdafiə sistemlərini aşa bildiyi" qeyd olunub.

"Telegraph" qəzetinin məlumatına görə, bu əməliyyat həm də Rusiya prezidenti Vladimir Putinə, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin nə dərəcədə zəif olduğunu göstərmək məqsədi daşıyıb. İranın hava müdafiə sistemi Rusiya istehsalı olan "S-300" raketləri ilə təchiz olunub. ABŞ-ın bu hücumu və İsrailin daha əvvəl həyata keçirdiyi oxşar əməliyyatlar "rus sistemlərinin kövrək quruluşunu açıq şəkildə göstərib".

Xəbərdə vurğulanır ki, Ukraynadakı müharibə ilə İran-İsrail arasında gərginlik mahiyyətcə fərqli olsa da, oxşar texnologiyalar eyni nəticələri verir. Ukraynanın hava hücumundan müdafiə sistemləri rus döyüş təyyarələrinin cəbhəyə yaxınlaşmasının qarşısını alsa da, Rusiya uzaq mənzilli bombalar və qanadlı raketlərlə hücumlarını davam etdirə bilib.

Ukraynanın Rusiya daxilində həyata keçirdiyi "Hörümçək toru" adlı əməliyyat nəticəsində Rusiya hava donanması böyük itkilər verib. Bu hadisələr ABŞ-ın Rusiya daxilindəki informasiya və əməliyyat şəbəkələrinin effektivliyini nümayiş etdirir.

Donald Tramp bu əməliyyatı bütün dünyaya nümayiş etdirərək ABŞ-ın Rusiya qüvvələri üzərində tam hərbi üstünlüyə sahib olduğunu, Ukraynanın da İsrail səviyyəsində silahlandırılacağı təqdirdə Rusiyanı döyüş meydanında məğlub edə biləcəyini iddia edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->