Dünya 19:34 11.03.2018

Tramp Kimlə görüşmək üçün şərt qoydu

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşmək üçün şərt qoyub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiv Mnuçin NBC-yə müsahibəsinə deyib. Nazir bildirib ki, Şimali Koreya nüvə və ballistik raket sınaqlarını bitirdiyi təqdirdə Tramp Kim Çen İçlə görüşəcək.

O, əlavə edib ki, görüşün mövzusu Koreya yarımadasının nüvəsizləşdirilməsi olacaq.