Dünya 10:33 05.02.2019

Tramp nazir postuna namizədini açıqladı

ABŞ prezidenti Donald Tramp daxili işlər naziri vəzifəsinə namizədini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu vəzifəni müvəqqəti icra edən Deyvid Bernhardt namizəd kimi irəli sürülüb. Bernhardt 2018-ci ilin sonunda nazir postunu tərk edən Rayan Zinkeni əvəz edirdi.

Qeyd edək ki, Deyvid Bernhardt 2006-2009-cu illərdə Daxili İşlər Nazirliyində hüquq müşaviri kimi çalışıb.

Gülşən