Xəbər lenti

Tramp neft hasilatının azaldılmasından danışdı: “Sudan ucuz olub...”
Ekonomiks 10:36 04.04.2020

Tramp neft hasilatının azaldılmasından danışdı: “Sudan ucuz olub...”

"Onlar dayanmağa hazırlaşırlar, çünki bazar, məhz bazar onları dayanmağa məcbur edəcək".

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ lideri Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib. O, Rusiya İlə Səudiyyə Ərəbistanının neft hasilatını həddən artıq çoxaltdığından danışarkən deyib. O, bildirib: "Bu iki ölkə hasilatı o qədər artırıb ki, indi neft sudan da ucuz olub”.

Tramp Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft hasilatını gündə 15 milyon barel azaltmaq üçün vasitəçilik etdiyini də bildirib.
Onun fikrincə, Moskva və Ər-Riyadın "neft mübahisəsi" bütün dünyaya ziyan vurub, lakin Rusiya və Səudiyyə Ərəbistanının özü indi bundan ən çox əziyyət çəkən ölkələrdir.

Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının prezidenti qeyd edib ki, ölkəsi "qara qızıl"ın istehsalını azaltmaq məcburiyyətində deyil. Bununla belə o, etiraf edib ki, indi dünyada nef və qaz hədd artıq yığılıb qalıb. 

Trampın sözlərinə baxmayaraq, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının gündə 15 milyon barel azaldılması barədə razılığı gəldiklərini təsdiqləməyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->