Video 10:57 30.06.2020

Tramp nümayişçilərə silah tuşlayan cütlüyün görüntüsünü paylaşdı (VİDEO)

Prezident Donald Trampın rettvitindən sonra silahlarını etirazçılara yönəldən cütlük ABŞ-da diqqət mərkəzinə gəlib.

Qaynarinfo xəbər verir ki, bundan əvvəl Ağ Evin rəhbəri Missuri ştatındakı Sent Luis sakinləri Mark Makloski və həyat yoldaşı Patrişinanın nümayişçilər kütləsinə avtomat və tapança tuşladıqları videonu təkrar paylaşmışdı. O zaman nümayişçilər yaxınlıqda yaşayan əyalət qubernatorunun evinə doğru getmək üçün toplaşmışdılar.

Mark Makloski yerli televiziya kanalı KMOV4 televiziya kanalına bildirmişdi ki, ən azı 100 nəfərlik bir izdiham Portlend-pleys kvartalının darvazalarını qıraraq o an ailəsinin nahar etdiyi evinə tərəf üz tutub. Şəhər sakininin dediyinə görə, onlar qorxudan az qala ölürmüşlər. 

Bununla birlikdə, ər-arvadın hərəkəti İnternetdə çoxluq tərəfindən qınanıb. 

Alpər