Dünya 09:52 25.03.2018

Tramp rus diplomatları ABŞ-dan çıxaracaq

ABŞ prezidenti Donald Tramp növbəti həftələrdə rus diplomatları ölkədən çıxarmağa hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Trampın İngiltərədə rus cəsus Sergey Skripal və qızının zəhərlənməsi ilə əlaqədar belə bir addım atmağa qərar verdiyi bildirilir. Onun məsələ ilə bağlı martın 26-da açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə Almaniya və Fransa dövlət başçıları da bununla əlaqədar Avropa Birliyindən Rusiyaya tutarlı cavab verilməsini istəmiş və ölkələrinin buna hazır olduqlarını bildirmişdilər.