Xəbər lenti

Tramp: Türkiyə özünü pis aparır
Dünya 20:45 17.08.2018

Tramp: Türkiyə özünü pis aparır

Rahib Endryu Bransonu saxlayan Türkiyə "dostcasına” davranmır.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. 

"Hesab edirəm ki, Türkiyə özünü çox pis aparır. Biz buna dözmək niyyətində deyilik. Məsələ hələ bitməyib”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün İzmir məhkəməsi terrorçulara yardım etməkdə ittiham olunan amerikalı rahib Endryu Bransonu ev dustaqlığından azad etməyib.

Bu, Bransonun vəkilinin məhkəmənin qərarının dəyişdirilməsinə göstərdiyi sayca üçüncü cəhddir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->