Xəbər lenti

Tramp yeni ildə arvadsız qaldığı üçün
Foto 14:27 01.01.2019

Tramp yeni ildə arvadsız qaldığı üçün "üsyan etdi" (FOTOLAR)

ABŞ prezidenti Donald Tramp bayramın böyük hissəsini Ağ evdə təkbaşına qeyd edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, Ağ evdə qalmaq məcburiyyətindən və "Fox News"a müsahibə verəcəyi üçün Vaşinqtondan ayrıla bilməyib.

Trampın həyat yoldaşı Melaniya Tramp isə Yeni ili Floridadakı Mar-aLago malikanəsində qeyd edib. Melaniyanın dəvəti ilə şənliyə qatılan yazıçı Çarli Kirk birinci xanımla fotosunu sosial şəbəkə hesabında paylaşıb. BMT-nin Dominikan Respublikası üzrə nümayəndəsi Paolo Zampolli də qonaqlar arasında olub.

Trampın "Twitter"də yalnız olduğu ilə bağlı paylaşımından sonra Melaniya ərinin yanına qayıdıb və bayramı bir yerdə keçiriblər.

"Mən Ağ evdəyəm. Siz isə bayramı çöldə qeyd edəcəksiniz, lakin sizi günahlandırmıram. Gözəl bir il sizi gözləyir. Bayramınız mübarək", - deyə Tramp 11 saniyəlik videosunda deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->