Dünya 13:00 26.01.2021

Tramp özünü "xalqın əbədi qoruyucusu" elan etdi və ofis açdı

Florida ştatında "keçmiş prezident ofisi" peyda olub. 

Qaynarinfo Fox News-a istinadla xəbər verir ki, ofisi Cozef Bayden üçün dövlət başçısı vəzifəsini boşaldan Donald Tramp açıb.

"Prezident Tramp bundan sonra və əbədi olaraq Amerika xalqının qoruyucusu olacaq", - deyə ofisin açıqlamasında bildirilir.

Yeni struktur yazışmalar, kütləvi açıqlamalar və Trampın çıxışlarının hazırlanması ilə məşğul olacaq. Bu, keçmiş prezidentin Baydenin andiçmə mərasimində iştirak etməkdən imtina etdikdən sonra köçdüyü Palm Biç şəhəri Florida ştatındadır.

Xatırladaq ki, 45-ci prezident səlahiyyət müddəti bitməmişdən qabaq tərəfdarları tərəfindən Kapitoliyə basqın etmək cəhdi ilə əlaqədar impiçmentə məruz qalmışdı. Trampa qarşı ittihamlar artıq Senata təqdim edilib.
 
Alpər