Xəbər lenti

Trampa qarşı etirazlar: miqrantlar ABŞ-dan bu şəkildə çıxarılır (FOTOLAR)
Foto 13:38 27.01.2018

Trampa qarşı etirazlar: miqrantlar ABŞ-dan bu şəkildə çıxarılır (FOTOLAR)

ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı qərarından sonra köçkünlərin deportasiyasına başlanılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Çikaqonun 50 kilometrliyində yerləşən Qeri Hava limanında miqratların əlləri və qolları bağlı şəkildə təyyarələrə mindirilərək ölkədən çıxarılmaları əhalinin etirazına səbəb olub. Gizli şəkildə aparılan deportasiya əməliyyatlarında Çikaqo ilə yanaşı İndiananın şimalında və Milvaukidə saxlanılan onlarla qeyri-qanuni miqrant "World Atlantic Hava Yolları" şirkətinə məxsus təyyarələrə mindirilərək ölkədən çıxarılıb.

Miqrantlar aeroporta polis avtomobillərinin müşayiəti ilə rəngli şüşəli mikroavtobuslarla gətirilib. Onlar arasında qadınlar da olub.

Hava limanında bir qrup şəxs miqrantların bu şəkildə deportasiya edilməsinə qarşı etiraz ediblər. Əllərində "Ədalət yoxdursa, sülh də yoxdur", "Miqrantlar olmasaydı, Trampın arvadı da olmazdı" yazılı plakat tutan etirazçılar, "Ədalət istəyirik, indi istəyirik", "Miqrantlara azadlıq" şüarları səsləndiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->