Trampın rəqibinə 3 qadından çılpaq etiraz (FOTO/VİDEO)

Trampın rəqibinə 3 qadından çılpaq etiraz (FOTO/VİDEO)

ABŞ-da Demokratlar Partiyasının prezidentliyə namizədi Berni Sandersin Nevadada keçirdiyi mitinq zamanı onun süd məhsulları istehsalçılarını dəstəkləməsinə etiraz olaraq 3 qadın çılpaq formada səhnəyə çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Sanderin müdaxiləsinə baxmayaraq, mikrofona uzanan qadınlardan biri şüarlar səsləndirib.

"Berni, sənin ən böyük pərəstişkarlarındanam, amma süd məhsulları istehsalçılarını dəstəkməyi dayandırmağını istəyirəm. Heyvanlar üzərindən pul qazanmağı dayandırmağını istəyirəm. Sənə inanıram", - deyə o bildirib.

Bədəninə qarandaşla "Süd məhsulları məhv olsun" yazan qadınlar daha sonra səhnədən endiriliblər. Yaşanan hadisədən sonra yenidən səhnəyə çıxan Sanders tamaşaçıları güldürüb.

"Bura Nevadadı. Heç pul xərcləmədən belə kiçik həyəcanlar hər zaman var. Amma bura bir balaca islandı", - Sanders deyib.

Qeyd edək ki, Berni Sanders daha öncə də belə hadisə ilə qarşılaşıb. Onun 2016-cı il seçkiləri zamanı keçirdiyi mitinqdə də çılpaq bir nəfər səhnəyə atılmışdı.

Camal

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR