Dünya 09:55 16.03.2018

Trampın şübhəli zərf alan gəlini ərindən boşanır (FOTOLAR)

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. və həyat yoldaşı Venessa Tramp 12 illik evliliklərini bitirmələri barədə qərar qəbul ediblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, cütlük boşanma qərarları barədə yazılı açıqlama veriblər.

"12 illik evlilikdən sonra yollarımızı ayırmağı qərar aldıq. Hər zaman bir-birimizə və ailələrimizə böyük hörmət göstərdik. Sahib olduğumuz 5 uşaq ən önəmli prioritetimiz olaraq qalmağa davam edəcək", - deyə açıqlamada qeyd olunur.

Ağ Ev məsələyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, cütlüyün 2 qız, 3 oğlan övladı var.

Xatırladaq ki, mediadan uzaq həyat yaşayan Venessa Tramp ötən həftə içərisində şübhəli maddə olan zərf almış və qabaqlayıcı tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilmişdi.