Tunis yeni prezidentini seçə bilmədi

Tunis yeni prezidentini seçə bilmədi

Tunisda ötən gün baş tutan prezident seçkilərinin ilkin nəticəsi müəyyənləşib.

Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, 61 yaşlı hüquq professoru Kais Səid 19,5% səslə seçkidə öndədir. Onu 15,5% səs qazanan biznesmen, media maqnatı Nabil Karoui izləyir. 

Seçkinin əsas namizədlərindən olan Baş nazir Yusid Şahid 9,4% səs qazanıb və məğlubiyyətini etiraf edib.

Namizədlərdən heç biri minimum 50% səs əldə edə bilmədiyi üçün 2-ci turun baş tutacağı gözlənilir.

Qeyd edək ki, Tunisda 6 oktyabrda parlament seçkiləri keçiriləcək.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR