“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar (FOTO/VİDEO)
Türkiyənin paytaxtı Akara şəhərində möhtəşəm ödül törəni keçirilib. Qardaş ölkənin nüfuzlu ictimai təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi ("EkoAvrasya”) Türkiyə ilə Avrasiya ölkələri arasında dostluğun möhkəmlənməsinə töhfə verən, Türk Dünyasına xidmət edən aydınları Milli Kitabxananın Konfrans Zalında mükafatlandırıb.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, mərasimdə Türkiyənin nəqliyyat naziri M.Cahit Turan, Mədəniyyət nazirinin müavini Nadir Alparslan, Krım-Tatar Milli Məclisinin sədri, Ukrayna Parlameninin üzvü Refat Çubarov, Türkiyə Böyük Millət Məclisinin sabiq başqanı Bülent Arınc, millət vəkili Enes İbrahim, Azərbaycan millət vəkili Adil Əliyev, Kosova Parlamentinin üzvü Fikrim Damka, Ankara Sosial Bilimlər Universitetinin rektoru Mehmet Barca, KAFKASSAM başqanı Həsən Oqtay, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç, TBMM 24-cü dönəm millət vəkili Feramuz Üstün, "Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və digər nüfuzlu qonaqlar iştirak edib.
Türkiyənin Birinci vitse-prezidenti Fuad Oktayın təbrik teleqrafı göndərdiyi Mükafatlandırma Mərasimi Türk Dünyasının fərqli ölkələrinin məşhur mahnılarının ifası ilə başlayıb.
Ümumilikdə, Türk Dünyasından 20 nəfərin mükafatlandırıldığı mərasmdə İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi, Quzey Kıprıs Türk Cümhuriyyətinin sabiq prezidenti Dərviş Eroğlu, Krım-Tatar Milli Məclisinin sədri, Ukrayna Parlameninin üzvü Refat Çubarov, Türkiyənin nəqliyyat naziri M.Cahit Turan, Makedoniya millət vəkili Enes İbrahim, Azərbaycan millət vəkili Adil Əliyev, Kosova Parlamentinin üzvü Fikrim Damka, Ankara Sosial Bilimlər Universitetinin rektoru Mehmet Barca, KAFKASSAM başqanı Həsən Oqtay, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç, TBMM 24-cü dönəm millət vəkili Feramuz Üstün, MHP sədrinin baş məsləhətçisi Ruhi Ərsoy, "Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və digərləri "Avrasiya Xidmət Ödülləri”nə layiq görülüblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər