Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın Xəzinə və Maliyyə nazirini dəyişib. Prezident Lütfi Əlvanın yerinə Nurəddin Nəbatini təyin edib.
Bəs, bu dəyişiklik Türkiyə lürəsi üçün nə vəd edir? Yeni təyinat Türkiyənin maliyyə və pul-kredit siyasətinə necə təsir edəcək?
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya müsahibəsində türk lirəsinin ucuzlaşmasında geosiyasi maraqların olduğunu vurğulayıb.
- Bu məsələ ilk növbədə kimin maliyyə naziri, kimin Mərkəzi Bankın rəhbəri olmasından asılı deyil. Amma hər halda işini bilənlər olmalıdır. Bütövlükdə, düşünmürəm ki, bu təyinatla problem həll olunacaq. Bu, daha çox həm də psixoloji addımdır. Psixoloji o baxımdan ki, bu hardasa insanlarada təsir edir. Tutaq ki, Mərkəzi Bankın sədri, yaxud da Maliyyə Nazirliyi deyir ki, devalvasiya olmayacaq, amma sonradan baxırsan, devalvasiya oldu. Artıq həmin Mərkəzi Bank sədrinə, yaxud da Maliyyə Nazirliyinə etimad olmur. Necə ki, bizdə olan kimi, Mərkəzi Bankın sədri nəsə deyir, hamı onun əksinin olacağını fikirləşir. Psixoloji baxımdan bu vacibdir ki, insanlar yeni nazirdən daha çox şeylər gözləyir, daha inamlı olurlar. Bütövlükdə Türkiyə hər bir halda bu problemin öhdəsindən gələcək. Türkiyə iqtisadiyyatı kifayət qədər güclüdür. Orada sağlam rəqabət gedir, bazar iqtisadiyyatıdır. Bu baxımdan onsuz da problem çox çəkməyəcək”.
- Mərkəzi Bank hansı halda pul siyasətini dəyişə bilər?
- Orada iki variantdan biridir. Ya Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini qaldıracaq, bu da iqtisadi aktivliyi aşağı sala bilər. Ya da indiki varianta gedəcək, faizi endirəcəklər. İqtisadi aktivlik güclüdür, amma eyni zamanda da bu türk lirəsinə mənfi təsir edir. Ola bilər ki, faizin orta dərəcəsi olsun. Türkiyədə xarici təsir amili də çox güclüdür. Yəni Türkiyə iqtisadiyyatına qarşı hardasa təxribat var.
- Yaranmış vəziyyət Türkiyədə nə vaxta kimi davam edə bilər?
- Əgər iqtisadi amillərdən asılıdırsa, çox davam edə bilməyəcək. Hesab edirəm ki, gələn ilin əvvəlinə vəziyyət normallaşacaq. Biz hamımız başa düşürük ki, burada yalnız iqtisadi amillər geyil, həm də geosiyasi amillər də var. Türkiyə iqtisadiyyatına qarşı hətta müyyən mənada təxribatçılıq görünür. Geosiyasi vəziyyət birmənalı deyil. Qərb, Birləşmiş Ştatlar başada olmaqla Türkiyəyə qarşı təzyiqlər edilir. Bu amlin olması türk lirəsinin taleyi ilə bağlı dəqiq proqnoz verməyi çətinləşdirir.
- Türkiyə bu böhrandan çıxmaq üçün hansı addımları atmalıdır?
- Türkiyə düz yoldadır. Müstəqil siyasətini aparsa, əvvəl-axır problem qaydasına düşəcək. Əgər Türkiyə bu gün tutduğu yoldan geri çəkilsə, onda onun üçün pis olar. Biz hamımız başa düşürük ki, bu gün baş verənlər Türkiyənin dünyanın geosiyasətində apardığı müstəqil siyasətə görədir.
Bahar Rüstəmli
Şərhlər