Dünya 11:33 23.01.2018

Türk pilot bir ilkə imza atdı: PYD-nin bazasını vurmaq üçün...

Afrin əməliyyatı zamanı PYD bazasını vurmaq istəyən türk pilot hədəfi yuxarıdan bomba ilə məhv edə bilməyəcəyini anlayıb, 20 metr məsafəyə qədər yerə enərək düşməni məhv edib.

Qaynarinfo xəbər verir ki, Türkiyə mətbuatı "Zeytun budağı" əməliyyatında peşəkarlığı ilə yadda qalan türk pilotun qəhrəmanlığından yazıb.

Afrində bir dağın altında düşmənə məxsus silah sursat anbarı partlatmaq əmri alan qəhrəman pilot yuxarıdan atılacaq bombanın heç bir təsiri olmayacağını anlayaraq yerə 20 məsafəyə qədər enərək böyük bir riski gözə alıb. Bu prosesdə pilotun ağlındakı manevri yerinə yetirməsi üçün vaxtı da çox az olub. Belə ki, o, 30 saniyə içərisində yerə enərək tunelin ağzını lazerlə işarələdikdən sonra raket zərbəsi ilə düşmən mövqeyini məhv etməyi bacarıb. 

Pilotun bu qəhrəmanlığını şərh edən keçmiş zabit prof. dr. Məsut Hakkı Çaşkın bildirib ki, əgər pilot bu 30 saniyəlik qısa müddət ərzində tapşırığı yerinə yetirməsəydi, yəni raketi atdıqdan sonra havalana bilməsəydi özünü də məhv etmiş olacaqdı.