Türkiyə Ermənistanla sərhəddə nəzarəti gücləndirib.
Qaynarinfo İHA-ya istinadən zəbə verir ki, Qarsdakı Şəhid Mustafa Koçak sərhəd nəzarət məntəqəsində 15 dərəcə şaxtada sərhəddi qoruyan mehmetcik hava şərtlərinə baxmayaraq 24 saat keşik çəkir. "Sərhəd qartalları" gün ərzində kameralarla nəzarət edir, sərhəddin pozulması hallarının qarşısını anında alır.
Şəhid Piyada Onbaşı Mustafa Koçak sərhəd məntəqəsinin əsgərləri hər gün 10 kilometrlik ərazidə xidmət edirlər. Sərhədçilərin bir qismi əraziyə nəzarət edərkən, digərləri barmaqları tətikdə müşahidə qülləsində keşik çəkirlər.
Məlumata görə, Türkiyə ordusunun əsgərləri "dosta güvən, düşmənə gözdağı verir”. Əsgər xidməti vəzifəsini yerinə yetirərkən Türkiyənin bir vətəndaşının qadağan edilən bölgəyə girməsi müəyyənləşib. Həmin əraziyə dərhal zirehli maşın və hərbçilər cəlb edilib. Hadisə sərhəd məntəqəsindən komandir tərəfindən dəqiqəbədəqiqə izlənib, ərazidəki kəndli bölgədən uzaqlaşdırılıb. Bölgə qarış-qarış nəzərdən keçirildikdən sonra əməliyyat uğurla başa çatıb və hərbçilər sərhəd məntəqəsinə geri qayıdıblar.
Aydın
Şərhlər