Dünya 12:25 25.04.2019

Türkiyə ordusu 3 PKK terrorçusunu zərərsizləşdirdi

Türkiyənin Diyarbakır şəhərinin Lice ərazisində təşkil edilən anti-terror əməliyyatında 3 PKK terrorçusu zərərsizləşdirilib.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, əməliyyat Bölgə Jandarma Komandirliyi tərəfindən təşkil edilib.

Qeyd edək ki, ərazidə əməliyyat davam etdirilir.

Gülşən