Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatdı (FOTO)
Foto 23:34 16.06.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatdı (FOTO)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 16-da başa çatıb.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->