Ölkə 23:58 11.10.2019

Türkiyə səfirliyində yeni təyinat: Altınalana vəzifə verildi

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub.

Trend-in məlumatına görə, bu vəzifəyə təyinat alan Hüseyin Altınalan bu gündən etibarən rəsmi olaraq işə başlayıb.

Qeyd edək ki, H.Altınalan daha əvvəl Türkiyənin "Anadolu" dövlət agentliyinin İstanbul ofisinin direktoru vəzifəsində çalışıb.