Xəbər lenti

Türkiyə sərhədində bomba partladı, üç rus əsgəri yaralandı
Dünya 16:45 02.12.2019

Türkiyə sərhədində bomba partladı, üç rus əsgəri yaralandı

Türkiyə-Suriya sərhəddində patrul marşrutunda yaraqlıların qurduğu kustar üsulla düzəldilmiş bomba Rusiya hərbi polisinin getdiyi zirehli avtomobil yolda olarkən işə salınıb. 

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, üç rus əsgəri yaralanıb, zirehli maşın isə ziyan görüb. Əsgərlərin həyatına heç bir təhlükə olmadığı bildirlir.

Xatırladaq ki, Türkiyə-Suriya sərhədində patrul xidməti göstərmək 23 oktyabrda Soçidə imzalanan memorandumun bir hissəsidir. Razılaşmanın bu mərhələsi üçün Suriyaya 200-dən çox Rusiya əsgəri göndərilib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->