Dünya 09:59 06.03.2020

Türkiyə son iki şəhidinin qisasını aldı: 21 ölü düşmən, texnika...

Türkiyə Müdafiə Nazirliyi bir türk əsgərin ölümünə cavab olaraq 21 Suriya ordusu əsgərinin zərərsizləşdirildiyini açıqlayıb.

Qaynarinfo bu haqda Anadolu agentliyinə istinadla xəbər verir. Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, yerli vaxtla təxminən 16.00-a (Bakı vaxtı ilə 16.00) düşmən hücumuna cavab olaraq, Türk pilotsuz təyyarələri hücuma keçib. Bombardman nəticəsində düşmənin canlı qüvvəsinin zərərsizləşdirilməsi ilə yanaşı, Suriya ordusunun iki houbitsası və iki raket qurğusu məhv edilib.

Bundan əvvəl, Türkiyə Müdafiə Nazirliyi Suriyanın İdlib vilayətində daha iki türk əsgərinin Əsəd qüvvələri tərəfindən atışma zamanı həlak olduğunu bildirmişdi. Onlardan biri martın 4-də, digəri isə Moskvada atəşkəs haqqında Ankara ilə saziş bağlanmazdan əvvəl həlak olub.
 
Alpər