İdman 18:50 22.09.2021

Türkiyə Super Liqası tarixinin ən erkən qolu vuruldu

Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.

"Report"un məlumatına görə, "Qaziantep" və "Başakşehir" komandaları arasında keçirilən V tur oyununda Superliqa tarixinin ən erkən qolu vurulub.

"Qaziantep"in hücumçusu Muhammet Demir 10-cu saniyədə topu rəqib qapısından keçirib.

Qeyd edək ki, hazırda hesab meydan sahiblərinin xeyrinədir - 1:0.