Türkiyədə 107 yanğın ocağı məhdudlaşdırıldı (SİYAHI)

Türkiyədə 107 yanğın ocağı məhdudlaşdırıldı (SİYAHI)

Türkiyəni cənginə alan meşə yanğınlarına qarşı mübarizə davam edir.

Qaynarinfo xəbər verir ki, 30 bölgədəki 112 yanğın ocağından 107-si nəzarət altına alınıb. Bu barədə Türkiyənin Kənd Təsərüfatı naziri Bekir Pakdemirli məlumat yayıb.

Nazir bildirib ki, hazırda Antalya və Muğladakı 5 bölgədə yanğınlar davam edir (Antalya - Manaqvat, Gündoğmuş; Muğla - Marmaris, Köyceğiz, Milas). Bu bölgələrdə 16 yanğın ocağı nəzarətə götürülüb.

XƏBƏRLƏR
BLOGLAR
X