Dünya 15:58 29.11.2020

Türkiyədə 15 gündə bir ailədən 4 nəfər koronavirusdan öldü

Türkiyədə 15 gün ərzindən bir ailənin 4 üzvü COVİD-19-dan ölüb.

Qaynarinfo-nun modern.az-a istinadən məlumatına görə, Mersinin Tarsus rayonunda Karabulut ailəsində öncə iş adamı 37 yaşlı Murat Karabulut yeni növ koronavirusa (COVID-19) yoluxuaraq 14 noyabrda xəstəxanada ölüb.

Ondan iki gün sonra 67 yaşlı anası Fadime, 10 gün sonra isə 40 yaşlı bacısı COVID-19-un qurbanı olub.

Bu gün isə ailənin 45 yaşlı üzvü Şehriban Karabulut xəstəxanada koronavirusdan vəfat edib.

Murat Karabulutun hamilə həyat yoldaşı isə bu ölümlərin sarsıntısından bətnindəki 7 aylıq körpəsini itirib.