Xəbər lenti

Türkiyədə avtomobil qatarla toqquşdu: yaralılardan biri azərbaycanlıdır (FOTOLAR)
Foto 16:12 01.02.2019

Türkiyədə avtomobil qatarla toqquşdu: yaralılardan biri azərbaycanlıdır (FOTOLAR)

Türkiyənin Afyonkarahisar şəhərində qatar minik avtomobili ilə toqquşub.

Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan İbrahim Dolu və Azərbaycan vətəndaşı Nigana Əliyeva yaralanıb. Qəzaya səbəb keçidin bağlı olmasına baxmayaraq minik avtomobilinin keçməyə cəhd etməsi olub. Bu zaman sürətlə gələn qatar minik maşınını vuraraq, sürüyüb. Avtomobil yarasız vəziyyətə düşüb.

Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıblar. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->