Xəbər lenti

Türkiyədə fövqəladə vəziyyət yenə uzadıla bilər
Dünya 18:53 16.10.2017

Türkiyədə fövqəladə vəziyyət yenə uzadıla bilər

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıla bilər.

Trend-in məlumatına görə, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyətin uzadılması tövsiyə edilib.

Məsələyə Türkiyə Böyük Millət Məclisində baxılacaq.

İclasda Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki əməliyyatının da uğurla davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->